InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 1988-ci il təvəllüdlü E.D. xarici ölkə vətəndaşı olan, 1996-cı il təvəllüdlü V.M.-yə qarşı fiziki zor tətbiq edərək onun iradəsinə zidd şəkildə cinsi əlaqəyə girib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində E.D. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
