Aprelin 14-də Kareli–Ağara avtomagistralında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 35 yaşlı kişi həyatını itirib.
InterPress.ge xəbər verir ki, hadisə barədə məlumatı ilkin olaraq Kartlis Ambebi yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da insan ölümünə səbəb olub.
