—

Pakistanda ABŞ və İran arasında danışıqlar başlayıb

266
Pakistanda ABŞ və İran arasında danışıqlar başlayıb
Dinləmək üçün basın

Pakistanda ABŞ və İran arasında danışıqlar başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə CNN Ağ Evin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlarda Pakistan vasitəçi rolunu oynayır.

ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edir. Heyətdə həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner yer alır.

Amerika tərəfdən görüşdə Vensin əsas müşavirləri də iştirak edir – milli təhlükəsizlik məsələləri üzrə müşavir Endryu Beyker və Asiya məsələləri üzrə xüsusi müşavir Maykl Vens.

İran nümayəndə heyəti isə 71 nəfərdən ibarətdir. Heyətə danışıqlar aparan şəxslərlə yanaşı, ekspertlər, media və təhlükəsizlik nümayəndələri də daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →