—

Ermənistanda Paşinyanı müşayiət edən polis avtobusu qəzaya düşdü – ölən və yaralananlar var

506
Ermənistanda Paşinyanı müşayiət edən polis avtobusu qəzaya düşdü – ölən və yaralananlar var
Dinləmək üçün basın

Ermənistanda baş nazir Nikol Paşinyan və tərəfdarlarını müşayiət edən polis avtobusu qəzaya düşüb.

Ermənistanda baş nazir Nikol Paşinyan və tərəfdarlarını müşayiət edən polis avtobusu qəzaya düşüb.

InterPress.ge xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ermənistan Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, polisə məxsus Honda markalı avtobus Kuçak-Aparan magistralında Nissan markalı avtomobillə toqquşub.

Bildirilir ki, polis avtobusu seçki kampaniyası çərçivəsində ictimai asayişin təmin edilməsi məqsədilə Paşinyan və onun tərəfdarlarının olduğu avtomobil karvanı ilə birlikdə Lori vilayətinə gedirmiş.

Faktla bağlı araşdırma başladılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →