—

İrakli Kobaxidze Qazaxıstanın XİN rəhbəri ilə görüşüb

224
İrakli Kobaxidze Qazaxıstanın XİN rəhbəri ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının xarici işlər naziri Ermek Koşerbayev ilə görüş keçirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının xarici işlər naziri Ermek Koşerbayev ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq və strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığın artım dinamikasını yüksək qiymətləndirib və qeyd olunub ki, Qazaxıstan Mərkəzi Asiyada Gürcüstanın ən mühüm və stabil ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, logistika, energetika, turizm və kənd təsərrüfatı sahələrində Qazaxıstan investisiyalarının artması diqqətə çatdırılıb.

Görüşdə Orta Dəhlizin potensialı da müzakirə olunub və Gürcüstanla Qazaxıstanın bu istiqamətdə birgə səylərinin əhəmiyyəti vurğulanıb.

Baş nazir görüşlə bağlı sosial şəbəkədə də paylaşım edib və iki ölkə arasında möhkəm dostluq münasibətlərinin bir daha təsdiqləndiyini bildirib.

“Qazaxıstanın xarici işlər naziri ilə görüşdüm. Ölkələrimiz arasında mövcud olan möhkəm və dost münasibətləri, eləcə də tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğumuzu bir daha təsdiqlədik”, – deyə İrakli Kobaxidze qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →