—

Marneulidə insident – DİN araşdırmaya başlayıb

973
Marneulidə insident – DİN araşdırmaya başlayıb
Dinləmək üçün basın

Marneulidə baş verən zorakılıq hadisəsi ilə bağlı yeni detallar məlum olub.

InterPress.ge-nin əldə etdiyi məlumata görə, Marneuli meri Daur İsmayılov və bir sıra meriya əməkdaşları mərkəzi polis binasının yaxınlığındadır.

Məlumata əsasən, merin qardaşı Kənan İsmayılov hazırda Marneuli mərkəzi polis idarəsindədir. Bildirilir ki, hadisə zamanı zərərçəkmiş şəxs də polis şöbəsindədir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır ki, bu da zorakılıq faktını nəzərdə tutur.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xatırladaq ki, daha əvvəl ictimai fəal Samirə Bayramova sosial şəbəkədə məsələ ilə bağlı paylaşım etmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →