—

Azərbaycan da İranla sərhədi bağlayacaqmı? - Açıqlama

1,124
Azərbaycan da İranla sərhədi bağlayacaqmı? - Açıqlama
Dinləmək üçün basın

Çində meydana gələn və çoxsaylı ölümlərə səbəb olan koronovirusun İranda yayılması ciddi narahatlıq yaradıb.

Çində meydana gələn və çoxsaylı ölümlərə səbəb olan koronovirusun İranda yayılması ciddi narahatlıq yaradıb.

InterPress.ge Axar.az-a istinadən xəbər verir ki, İranda artıq bu virusdan ölənlərin sayının 18-ə çatması səbəbindən qonşu ölkə – Türkiyə, bu ölkə ilə sərhəd-keçid məntəqələrini bağlayıb. Türkiyə hətta İrandan Naxçıvan vasitəsilə ölkəyə girişin qarşısını almaq üçün Naxçıvan sərhəd-keçid məntəqəsini də qapadıb.

Ermənistan İranla sərhədi bu gün bağlayacağını açıqlayıb, Gürcüstan isə hava əlaqəsini dayandırıb.

Azərbaycan Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində iş rejimini gücləndirib, dezinfeksiya işləri aparılır və gediş-gəliş məhdudlaşdırılıb. Xüsusilə toplu halda turist səfərləri təxirə salınıb. Azərbaycanın İrandakı konsulluqları da viza verilməsində məhdudiyyət tətbiq edir. Həmçinin rəsmi qurumlar İrana səfər etməməklə bağlı çağırış edib. Buna baxmayaraq, İranla sərhəd-keçid məntəqələri tam bağlanmayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, sərhəd qapılarının bağlanması qurumun səlahiyyətinə aid deyil:

“DGK Səhiyyə Nazirliyi ilə birgə lazım olan tədbirləri görür və sərhəd-buraxılış məntəqələrində nəzarət gücləndirilib, dezinfeksiya işləri aparılır və ölkəyə daxil olan şəxslər yoxlanılır. Ancaq sərhəd-keçid məntəqəsinin bağlanması səlahiyyəti DGK-ya aid deyil”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →