—

Tbilisidə silahlı insident: ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxs saxlanıldı

271
Tbilisidə silahlı insident: ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxs saxlanıldı
Dinləmək üçün basın

Tbilisidə baş vermiş hadisə ilə bağlı bir nəfər qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.G. münaqişə zəminində odlu silahdan istifadə edərək 1996-cı il təvəllüdlü X.D.-yə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Yaralı şəxs tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs qısa müddətdə Telavidə “isti izlərlə” saxlanılıb.

Polis tərəfindən cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →