InterPress.ge-nin əlumatına görə, insident mübahisə zəminində yaranıb. Hadisə zamanı gənc oğlan boğaz nahiyəsindən bıçaqlanıb.
Hadisə Marneuli şəhərinin mərkəzində qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, yaralı bir müddət qan içində yerdə köməksiz vəziyyətdə qalıb.
Daha sonra o, Marneulidə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
