—

DTX: Dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı 5 nəfər saxlanılıb

370
DTX: Dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı 5 nəfər saxlanılıb
Dinləmək üçün basın

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iri məbləğdə dövlət vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi və bu cinayətə yardım faktları üzrə 5 nəfəri saxlayıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iri məbləğdə dövlət vəsaitlərinin dələduzluq yolu ilə mənimsənilməsi və bu cinayətə yardım faktları üzrə 5 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 2023–2026-cı illərdə aztəminatlı vətəndaşlara pulsuz yemək xidmətinin göstərilməsi ilə bağlı “Aladashvili & co” MMC ilə Tbilisinin İsani, Çuğureti, Mtatsminda və Krtsanisi rayon icra strukturları arasında ümumilikdə 12 müqavilə imzalanıb.

İstintaq müəyyən edib ki, şirkətin direktoru subpodratçı şirkətlərlə birlikdə – “Gids”, “Bades” və “Alion” MMC-lərlə – 2024–2026-cı illərdə gündəlik olaraq 14 451-ə qədər benefisiara keyfiyyətsiz xidmət göstərib və üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyib.

Məlumata görə, məhsulların təhvil-təslim aktlarının saxtalaşdırılması yolu ilə rayon icra strukturlarından alınmış 18 909 104 lari vəsaitin 3 529 000 larisi dələduzluq yolu ilə mənimsənilib.

Məhkəmənin qərarı əsasında saxlanılan şəxslər arasında şirkətin direktoru, subpodratçı şirkətlərin dörd rəhbəri və bir əməkdaşı var.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsinin “b” bəndi, həmçinin 25-ci maddə ilə aparılır. Bu maddələr 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

DTX-nin Antikorrupsiya Agentliyi korrupsiya cinayətlərinin aşkarlanması və qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirir və sahibkarları, eləcə də dövlət qulluqçularını qanunlara riayət etməyə çağırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →