—

Varlam Liparteliani: Gənclərlə daha çox dialoq ölkənin inkişafı üçün vacibdir

276
Varlam Liparteliani: Gənclərlə daha çox dialoq ölkənin inkişafı üçün vacibdir
Dinləmək üçün basın

“Gürcü Arzusu”nun gənclər təşkilatının sədri Varlam Liparteliani regional konfransların məqsədləri barədə danışıb.

“Gürcü Arzusu”nun gənclər təşkilatının sədri Varlam Liparteliani regional konfransların məqsədləri barədə danışıb.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, konfranslar çərçivəsində idarə heyətinin üzvləri ilə birlikdə gənclərlə görüşlər keçiriləcək və müxtəlif məsələlər müzakirə olunacaq.

Liparteliani bildirib ki, hakim komandanın əsas siyasətlərindən biri gənclərlə daha çox ünsiyyət qurmaqdır, çünki onların proseslərdə iştirakı olmadan ölkənin inkişafı mümkün deyil.

“Biz istənilən insanın ehtiyaclarını dinləməyə hazırıq. Tənqidi fikirlər də daxil olmaqla, hər bir söz və fikir bizim üçün önəmlidir. Hamımız bilirik ki, gənclərin ölkədə və dünyada baş verən proseslərdə iştirakı olmadan inkişaf mümkün deyil. Buna görə də onların fikirlərinin dinlənilməsi və nəzərə alınması bizim üçün çox vacibdir”, – deyə o bildirib.

Qeyd edək ki, təşkilat regional konfranslara Batumi şəhərindən start verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →