—

Abbas Araqçi: “Hörmüz boğazında hərəkətin dayanması İranla bağlı deyil”

236
Abbas Araqçi: “Hörmüz boğazında hərəkətin dayanması İranla bağlı deyil”
Dinləmək üçün basın

İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Hörmüz boğazında dəniz hərəkətinin məhdudlaşması İranın addımları ilə bağlı deyil.

İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Hörmüz boğazında dəniz hərəkətinin məhdudlaşması İranın addımları ilə bağlı deyil.

InterPress.ge xəbər verir ki, Araqçi sosial şəbəkədə paylaşımında bildirib ki, bu vəziyyət sığorta şirkətlərinin ABŞ-ın başladığı müharibə ilə bağlı narahatlığı ilə əlaqədardır.

“​Hörmüz boğazı bağlanmayıb. Gəmilər tərəddüd edir, çünki sığorta şirkətləri İranın deyil, sizin başladığınız müharibədən ehtiyat edir”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, naviqasiya azadlığı ticarət azadlığı olmadan mövcud ola bilməz.

“​Naviqasiya azadlığı ticarət azadlığı olmadan mümkün deyil. Hər ikisinə hörmət edin, əks halda heç birini gözləməyin”, – deyə Araqçi vurğulayıb.

O əlavə edib ki, təhdidlər nə İranı, nə də sığorta şirkətlərini geri çəkilməyə məcbur edə bilməz.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →