InterPress.ge xəbər verir ki, “BMW” markalı avtomobil sözü gedən kənddə yaşayış evlərindən birinin hasarına çırpılıb.
Qəza nəticəsində ərazidən keçən qaz borusu zədələnib və yanğın baş verib. Nəticədə avtomobil alovlanaraq yanıb.
Hadisə yerinə polis və yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Xoşbəxtlikdən sürücü və avtomobildə olan sərnişinlər xəsarət almayıb.
