—

II İliya Sameba kafedralında son mənzilə yola salınır – vida mərasimləri başlayıb

379
II İliya Sameba kafedralında son mənzilə yola salınır – vida mərasimləri başlayıb
Dinləmək üçün basın

Bütün Gürcüstanın Katolikos-Patriarxı, Həzrətləri və Müqəddəsliyi II İliyanın nəşi Tbilisidə yerləşən Müqəddəs Üçlük (Sameba) kafedral məbədində yerləşdirilib.

Bütün Gürcüstanın Katolikos-Patriarxı, Həzrətləri və Müqəddəsliyi II İliyanın nəşi Tbilisidə yerləşən Müqəddəs Üçlük (Sameba) kafedral məbədində yerləşdirilib.

InterPress.ge xəbər verir ki, hazırda məbəddə mərhum patriarxın ruhuna duaların oxunduğu panixida mərasimi keçirilir.

Məlumata görə, növbəti günlər ərzində Sameba kafedralında mülki vida mərasimləri davam edəcək. Martın 22-də, bazar günü isə II İliya Sioni kafedral məbədində dəfn olunacaq.

Gün ərzində çoxsaylı möminlər Sameba Patriarxlıq məbədinə gələrək patriarxla vidalaşıblar.

Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →