—

Rustaveli prospektində etiraz aksiyası keçirilir

259
Rustaveli prospektində etiraz aksiyası keçirilir
Dinləmək üçün basın

Tbilisidə Rustaveli prospektində etiraz aksiyası davam edir.

InterPress.ge xəbər verir ki, parlament binası qarşısında toplaşan vətəndaşlara Filarmoniyadan təşkil olunan yürüşün iştirakçıları da qoşulublar.

Yürüş iştirakçıları “Vicdan məhbuslarına azadlıq – mübarizəyə görə təşəkkürlər” şüarı ilə hərəkət ediblər.

Aksiya iştirakçıları əraziyə Gürcüstan və ABŞ bayraqları, həmçinin etiraz aksiyaları zamanı saxlanılan şəxslərin azad edilməsini tələb edən plakatlar gətiriblər.

Etirazçıların əsas tələbləri dəyişməz qalır – aksiyalar zamanı saxlanılan şəxslərin azad edilməsi və yeni parlament seçkilərinin təyin olunması.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →