—

Tbilisi hava limanında külli miqdarda psixotrop maddə ilə Türkiyə vətəndaşı saxlanılıb

219
Tbilisi hava limanında külli miqdarda psixotrop maddə ilə Türkiyə vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ölkəyə xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz…

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ölkəyə xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz gətirilməsi faktının qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Tbilisi Beynəlxalq Hava Limanında Türkiyə Respublikasının vətəndaşı – 2002-ci il təvəllüdlü O.B. saxlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin səyahət çantasına baxış zamanı psixotrop maddə tərkibli 809 ədəd həb maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →