—

İrakli Kobaxidze İlham Əliyevlə telefon danışığı aparıb

294
İrakli Kobaxidze İlham Əliyevlə telefon danışığı aparıb
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hökumət başçısı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dronlarla həyata keçirilmiş hücumla bağlı narahatlığını ifadə edib.

İrakli Kobaxidze İlham Əliyevə həmrəyliyini bildirib və hadisə nəticəsində yaralanan vətəndaşlara tezliklə sağalmalarını arzulayıb.

Tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığı, sıx siyasi münasibətləri və regionda sülh və sabitliyin qorunmasının xüsusi əhəmiyyətini vurğulayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →