—

Tbilisinin Didi Diğomi ərazisində yanğın olub

337
Tbilisinin Didi Diğomi ərazisində yanğın olub
Dinləmək üçün basın

Gecə saatlarında Tbilisinin Didi Diğomi qəsəbəsində yerləşən anbar tipli binalardan birində yanğın baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Məlumata görə, yanğın barədə daxil olan məlumatdan qısa müddət sonra hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb olunub və alovun söndürülməsi istiqamətində aktiv işlərə başlanılıb.

İlkin məlumatlara əsasən, yanğın anbar ərazisində yayılıb. Yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını vaxtında alıblar.

Hazırda yanğın tamamilə söndürülüb və tüstülənən ayrı-ayrı ocaqların ləğvi üzrə işlər davam etdirilir.

Qurumun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində Fövqəladə Halların İdarə Olunması Xidmətinin 21 ədəd yanğın-xilasetmə texnikası çalışıb.

Yanğının baş vermə səbəbi araşdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →