—

Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib

303
Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib
Dinləmək üçün basın

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstana işgüzar səfərə gəlib.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstana işgüzar səfərə gəlib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Nikol Paşinyanı Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş planlaşdırılıb.

Bundan əlavə, Gürcüstan–Ermənistan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 15-ci iclası keçiriləcək. İclas çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın protokolu imzalanacaq.

Həmçinin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →