Tbilisi meri Kaxa Kaladze hazırda Əbu-Dabidədir və yaranmış vəziyyət səbəbindən hələlik Gürcüstana qayıda bilmir.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meriyasının mətbuat xidməti məlumat verib.
Məlumata görə, Tbilisi meri həftəsonu Əbu-Dabidə olub, lakin mövcud vəziyyətlə əlaqədar olaraq bu mərhələdə geri qayıtmaq imkanı yoxdur.
“Şənbə-bazar günləri Tbilisi meri Əbu-Dabidə olub. Yaranmış vəziyyətə görə, hələlik geri uça bilmir”, – deyə meriyadan bildirilib.
