—

Parlament qarşısında etiraz aksiyası keçirilir

400
Parlament qarşısında etiraz aksiyası keçirilir
Dinləmək üçün basın

Parlament binası qarşısında etiraz aksiyası davam edir.

InterPress.ge xəbər verir ki, Vera parkı yaxınlığında başlayan yürüş iştirakçıları marşla parlamentə gəlib və artıq bir ildən çoxdur davam edən etiraza qoşulublar.

Yürüş iştirakçıları 9 Aprel memorialını lalələrlə bəzəyib, qanunverici orqanın qarşısında isə Gürcüstanın dövlət himnini səsləndiriblər.

Aksiyada Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də iştirak edib. O bildirib ki, ölkə üçün təhqirdir ki, onun polisi başqa tərəfdə dayanır və “bu gün burada dayanmayan şəxs Gürcüstanın tərəfində deyil”.

“Mənim üçün [‘Gürcü Arzusu’nun nümayəndələrinin] nə deməsinin əhəmiyyəti yoxdur, önəmli olan əməllərdir. Bu gün Gürcüstan üçün canını fəda edən qəhrəmanların anım günüdür. Bu gün burada dayanmayan və bu ruhu bölüşməyən şəxs Gürcüstanın tərəfində deyil. Ölkə üçün təhqirdir ki, onun polisi başqa tərəfdə dayanır”, – deyə Salome Zurabişvili bildirib.

Aksiya iştirakçılarının sözlərinə görə, bugünkü yürüşün əsas məqsədi 1921-ci il 25 fevral hadisələrini xatırlamaq və paytaxtı son gülləyədək müdafiə edən qəhrəmanların xatirəsini yad etməkdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →