—

Lentexinin sabiq meri və iki vəzifəli şəxs barəsində girov-qətimkan tədbiri seçilib

260
Lentexinin sabiq meri və iki vəzifəli şəxs barəsində girov-qətimkan tədbiri seçilib
Dinləmək üçün basın

Vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə Lentexi bələdiyyəsinin sabiq meri Gia Oniani, eləcə də Memarlıq və Nəzarət xidmətlərinin rəhbərləri Nuqzar Tvildiani və Giorgi Qulbani barəsində Kutaisi Şəhər Məhkəməsi…

Vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə Lentexi bələdiyyəsinin sabiq meri Gia Oniani, eləcə də Memarlıq və Nəzarət xidmətlərinin rəhbərləri Nuqzar Tvildiani və Giorgi Qulbani barəsində Kutaisi Şəhər Məhkəməsi girov-qətimkan tədbiri seçib.

InterPress.ge xəbər verir ki,bu barədə Lentexinin sabiq meri Gia Onianinin vəkili Levan Maxaraşvili məlumat verib.

Vəkilin sözlərinə görə, Gia Oniani 18 000 lari məbləğində girov qarşılığında azadlığa buraxılacaq. Nuqzar Tvildiani üçün 12 000 lari, Giorgi Qulbani üçün isə 13 000 lari məbləğində girov müəyyən edilib.

Levan Maxaraşvili bildirib ki, məhkəmə bu qərarı təxminən bir saat əvvəl qəbul edib və saxlanılan şəxslər ailələri tərəfindən girov məbləği tam ödənildikdən sonra cəzaçəkmə müəssisəsini tərk edəcəklər.

Qeyd edək ki, Lentexi bələdiyyəsinin sabiq meri Gia Oniani, həmçinin Memarlıq və Nəzarət xidmətlərinin rəhbərləri Nuqzar Tvildiani və Giorgi Qulbaninin vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılması barədə məlumat fevralın 23-də yayılmışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →