—

Marneulidə quldurluq edən şəxs saxlanıldı- VİDEO

381
Marneulidə quldurluq edən şəxs saxlanıldı- VİDEO
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları quldurluq ittihamı ilə 1999-cu il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda şərti cəza altında olan R.A.-nı…

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları quldurluq ittihamı ilə 1999-cu il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda şərti cəza altında olan R.A.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində 1966-cı il təvəllüdlü M.X.-nin əl çantasını zorla alaraq hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb.

Polis quldurluq yolu ilə ələ keçirilmiş əl çantasını, içərisindəki şəxsi əşyaları və pulun bir hissəsini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →