—

Maka Boçorişvili: Abxaziya və Sxinvali bölgəsi hələ də işğal altındadır

294
Maka Boçorişvili: Abxaziya və Sxinvali bölgəsi hələ də işğal altındadır
Dinləmək üçün basın

Gürcüstan ərazisinin ayrılmaz hissələri olan Abxaziya və Tsixinvali (Cənubi Osetiya) bölgəsi hazırda Rusiyanın işğalı altındadır.

Gürcüstan ərazisinin ayrılmaz hissələri olan Abxaziya və Tsixinvali (Cənubi Osetiya) bölgəsi hazırda Rusiyanın işğalı altındadır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Cenevrədə BMT İnsan Hüquqları Şurası çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə yerli əhali fundamental hüquq və azadlıqlardan məhrumdur, qanunsuz həbslər, pis rəftar və etnik ayrı-seçkilik halları davam edir.

M.Boçorişvili deyib ki, yüz minlərlə məcburi köçkün hələ də təhlükəsiz şəkildə öz evlərinə qayıda bilmir. Eyni zamanda beynəlxalq insan hüquqları mexanizmlərinin işğal olunmuş ərazilərə girişinə icazə verilmir və hesabatlılıq mexanizmləri effektiv şəkildə işləmir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →