—

61 600 lari məbləğində dələduzluq faktı üzrə bir nəfərə ittiham irəli sürülüb

312
61 600 lari məbləğində dələduzluq faktı üzrə bir nəfərə ittiham irəli sürülüb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb.Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri…

Gürcüstan Prokurorluğu külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb.Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, Tbilisi Prokurorluğunun dələduzluq cinayət işləri üzrə prosessual rəhbərlik idarəsi tərəfindən aparılan iş çərçivəsində müəyyən edilib ki, 2022-ci ilin avqust ayında təqsirləndirilən şəxs guya birgə biznes qurmaq – konkret olaraq Oni rayonunun Uçera kəndində kotteclərin tikintisi, sonradan onların icarəyə verilməsi və gəlir əldə olunacağı vədi ilə zərərçəkmişə məxsus 61 600 lari məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyib.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi məhkəmə qərarı əsasında saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (külli miqdarda törədilmiş dələduzluq) ilə ittiham irəli sürülüb. Sözügedən maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →