—

İrakli Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur

247
İrakli Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur
Dinləmək üçün basın

Qara dəniz sahilində, Gürcüstanda yerləşən Kulevi neft terminalı Rusiya əleyhinə tətbiq olunan sanksiyalardan yan keçmək üçün istifadə edilmir.

Qara dəniz sahilində, Gürcüstanda yerləşən Kulevi neft terminalı Rusiya əleyhinə tətbiq olunan sanksiyalardan yan keçmək üçün istifadə edilmir.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə  Baş nazir İrakli Kobaxidze bildirib.

"Bizim hökumətimiz sanksiya rejiminə çox ciddi riayət edir. Spekulyasiyalar olub, sonra ABŞ, Avropa və Britaniyadan müxtəlif monitorinq missiyaları gəlib. Hamısı təsdiqləyib ki, sanksiyalardan yan keçmək barədə bütün iddialar spekulyasiyadır. Bu səbəbdən biz Avropa qurumlarına tam məlumat göndərdik", – Kobaxidze deyib.

Daha əvvəl "Reuters"də məlumat yayılıb ki, Avropa İttifaqı 42 tankeri qara siyahıya daxil etməyi və ilk dəfə olaraq üçüncü ölkələr – İndoneziya və Gürcüstanın limanlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Buraya Qərbi Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi terminalı da daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →