—

İlham Əliyev: Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik

456
İlham Əliyev: Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik
Dinləmək üçün basın

Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib.

Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib. Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub:

"Birinci hücuma gəldikdə elə bilirdik, bu, təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını vermişdik. Ondan əlavə, iki hücum olub. Bu, bilərəkdən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumdur".

Prezident xatırladıb ki, bununla bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib:

"Yalnız diplomatik formatda addımlar atdıq. Əlavə hər hansı iş görə bilmərik".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →