—

İnterpolun “qırmızı bülleteni” ilə axtarılan şəxs Marneulidə saxlanılıb

285
İnterpolun “qırmızı bülleteni” ilə axtarılan şəxs Marneulidə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışa verilmiş Türkiyə Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü E.K.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. 

Məlumata görə, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında Türkiyə ərazisində törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində E.K. Marneuli şəhərində saxlanılıb.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya prosedurları həyata keçirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →