—

Xorvatiya Prezidenti Gürcüstana səfər edəcək

237
Xorvatiya Prezidenti Gürcüstana səfər edəcək
Dinləmək üçün basın

Fevralın 11-dən 13-dək Xorvatiya Prezidenti Zoran Milanoviç Gürcüstanda rəsmi səfərdə olacaq.

Fevralın 11-dən 13-dək Xorvatiya Prezidenti Zoran Milanoviç Gürcüstanda rəsmi səfərdə olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, o, Tbilisiyə xanımı Sanya Muşiç Milanoviç və ölkənin nümayəndə heyəti ilə birgə gələcək.

"Mixail Kavelaşvili Zoran Milanoviçi Gürcüstanın Prezident sarayında qəbul edəcək və orada rəsmi qarşılanma mərasimi keçiriləcək", - məlumatda bildirilib.

Administrasiyanın məlumatına görə, Kavelaşvili və Milanoviçin təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb, daha sonra KİV üçün birgə bəyanat veriləcək.

Həmçinin səfər çərçivəsində Xorvatiya Prezidentinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə görüşləri nəzərdə tutulub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →