—

Ölkəyə 5 milyon avro dəyərində lüks avtomobillərin qanunsuz idxal cəhdi aşkarlanıb

267
Ölkəyə 5 milyon avro dəyərində lüks avtomobillərin qanunsuz idxal cəhdi aşkarlanıb
Dinləmək üçün basın

Gömrük nəzarəti çərçivəsində Batumi Gömrük Rəsmiləşdirmə İqtisadi Zonasında gömrük əməkdaşları tərəfindən təxminən 5 milyon avro dəyərində olan 59 ədəd lüks avtomobilin qanunsuz şəkildə ölkəyə gətirilməsi cəhdləri…

Gömrük nəzarəti çərçivəsində Batumi Gömrük Rəsmiləşdirmə İqtisadi Zonasında gömrük əməkdaşları tərəfindən təxminən 5 milyon avro dəyərində olan 59 ədəd lüks avtomobilin qanunsuz şəkildə ölkəyə gətirilməsi cəhdləri aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat verib.

Qurumun bildirdiyinə görə, səlahiyyətli şəxsin şübhəsi əsasında aparılan məlumat yoxlaması zamanı istehsalçı tərəfindən verilmiş identifikasiya kodunun — VIN kodunun dəyişdirildiyi müəyyən edilib.

Məlumatda qeyd olunur ki, faktla bağlı materiallar əlavə reaksiya üçün Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumuna göndərilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →