—

TSU rektoru: Görüşdə konkret qərar qəbul edilmədi, dialoq davam edəcək

206
TSU rektoru: Görüşdə konkret qərar qəbul edilmədi, dialoq davam edəcək
Dinləmək üçün basın

"Görüş zamanı hər hansı konkret qərar qəbul olunmayıb və dialoq davam etdiriləcək."

"Görüş zamanı hər hansı konkret qərar qəbul olunmayıb və dialoq davam etdiriləcək."

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia təhsil naziri ilə görüşdən sonra bildirib.

Samuşianın sözlərinə görə, Tbilisi Dövlət Universiteti adından nazirə universitetin və onun seçkili orqanlarının, xüsusilə Senatın mövqeyi təqdim edilib.

“Demək istəyirəm ki, görüş çox maraqlı keçdi, çoxsaylı məsələlər müzakirə olundu. Ən vacib məqam ondan ibarətdir ki, TSU olaraq biz nazirə universitetin və onun seçkili orqanlarının mövqeyini çatdırdıq. Təbii ki, müxtəlif baxışlar səsləndirildi. Qəti şəkildə deyə biləcəyim yeganə razılaşma odur ki, dialoq mütləq davam edəcək. Bu görüşdə hər hansı konkret qərar qəbul edilmədi. Dialoq davam edəcək və hesab edirik ki, bu prosesin əsasını təşkil edəcək baxışlar məhz dialoqda iştirak edən tərəflər, ilk növbədə TSU və Gürcüstan Texniki Universiteti tərəfindən birgə hazırlanmalıdır. Bu gün açıq şəkildə vurğuladıq ki, bu cür görüşlər gələn həftə də davam etdirilsin”, – deyə Caba Samuşia bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →