—

Kaladze: "Önümüzdəki 4 ildə çox işlər həyata keçiriləcək"

632
Kaladze: "Önümüzdəki 4 ildə çox işlər həyata keçiriləcək"
Dinləmək üçün basın

“Çətinliklər var, heç kim razı qalmır amma önümüzdəki 4 ildə çox işlər həyata keçəcək”

“Çətinliklər var, heç kim razı qalmır amma önümüzdəki 4 ildə çox işlər həyata keçəcək”

İnterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcü Arzusunun hakimiyyəti dövründə Gürcüstanda bir çox irəliləyişlərlə bərabər problemlər də var.

“İrəli çox vacib addımlar atılıb. Gəlin bütün sahələri və istiqamətləri nəzərdən keçirək və hazırda nə qədər iş görüldüyünə baxaq. Təhsil, səhiyyə, söz və ifadə azadlığı ilə yanaşı, hələ tamamlanmamış məhkəmə islahatlarından başlayaq, dördüncü dalğa çox önəmlidir. Ölkəmizin vətəndaşları gürcü pasportu ilə xarici ölkələrə gedə bilirlər.. Hər şeydən çox, hakimiyyətimiz dövründə Gürcüstan Avropa adlı böyük ailəyə daha da yaxınlaşdı və əsas məqsəd bu böyük ailənin tezliklə üzvü olmaqdır. Ancaq çətinliklər var. Heç kim razı deyil , ölkədə problemlər var - sosial-iqtisadi vəziyyət, xüsusən də bütün dünyada ciddi problemlərə səbəb olan epidemiya fonunda baş verdi. Önümüzdəki 4 ildə isə bir çox işlər həyata keçiriləcək. " dedi Kaladze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiSəma Həsənova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →