—

Kobaxidze və Bərzani Orta Dəhlizin imkanlarını müzakirə ediblər

282
Kobaxidze və Bərzani Orta Dəhlizin imkanlarını müzakirə ediblər
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2026-cı il Dünya Hökumət Sammiti çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzani ilə görüş keçirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2026-cı il Dünya Hökumət Sammiti çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzani ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, investisiya sahəsində əlaqələrin gücləndirilməsi imkanları diqqət mərkəzində olub.

Açıqlamada bildirilir ki, görüş zamanı Gürcüstanın əlverişli coğrafi mövqeyi, Orta Dəhlizin artan əhəmiyyəti və ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi rolu xüsusi vurğulanıb.

Tərəflər, həmçinin sülh və sabitliyin iqtisadi əməkdaşlıq və regional inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →