—

Salome Zurabişvili: ATƏT-in “Moskva mexanizmi”nin işə salınması Gürcüstan üçün mühüm mərhələdir

364
Salome Zurabişvili: ATƏT-in “Moskva mexanizmi”nin işə salınması Gürcüstan üçün mühüm mərhələdir
Dinləmək üçün basın

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkədə paylaşımında ATƏT-in “Moskva mexanizmi”ni işə salmaq qərarını Gürcüstan üçün mühüm mərhələ kimi qiymətləndirib.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkədə paylaşımında ATƏT-in “Moskva mexanizmi”ni işə salmaq qərarını Gürcüstan üçün mühüm mərhələ kimi qiymətləndirib.

InterPress.ge xəbər verir ki, Zurabişvilinin sözlərinə görə, bu qərar Gürcüstanın rus modeli tipli dövlətə çevrilməsinə yol verməmək uğrunda mübarizə aparanlar üçün xüsusi əhəmiyyət daşıyır.

O bildirib ki, insan hüquqlarının misli görünməmiş şəkildə pozulması və demokratik institutların məhv edilməsi təkcə pislənməyəcək, eyni zamanda qiymətləndiriləcək.

“ATƏT-in “Moskva mexanizmi”ni Gürcüstanla bağlı işə salmaq qərarı, ölkəmizin rus modeli dövlətə çevrilməsinin qarşısını almaq üçün mübarizə aparanlar üçün mühüm mərhələdir. İnsan hüquqlarının görünməmiş pozuntuları və demokratik institutların dağıdılması yalnız qınanmayacaq, həm də dəyərləndiriləcək. Dünya bizə baxır, gürcü xalqı etirazını davam etdirir – hesabatlılıq gələcək”, – deyə Salome Zurabişvili qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →