—

Dünya bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb - Gürcüstanda necədir?

479
Dünya bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb - Gürcüstanda necədir?
Dinləmək üçün basın

Dünya bazarlarında qızılın qiymətində cüzi azalma qeydə alınıb. GoldPrice portalının məlumatına görə, Tbilisi vaxtı ilə saat 12:30-da bir unsiya qızılın qiyməti 5 157 ABŞ dolları təşkil edib ki, bu da sutka ərzində 3,20…

Dünya bazarlarında qızılın qiymətində cüzi azalma qeydə alınıb. GoldPrice portalının məlumatına görə, Tbilisi vaxtı ilə saat 12:30-da bir unsiya qızılın qiyməti 5 157 ABŞ dolları təşkil edib ki, bu da sutka ərzində 3,20 faiz ucuzlaşma deməkdir.

InterPress.ge xəbər verir ki, gümüşün qiymətində isə artım müşahidə olunur. Hazırda bir unsiya gümüş 106 dollar dəyərindədir və bu, bir gün ərzində 6,76 faiz bahalaşma anlamına gəlir.

Gürcüstanda qiymətlərə gəlincə, 999 əyarlı qızılın 1 qramının qiyməti 481 lari, 750 əyarlı qızılın 1 qramı 361 lari, 585 əyarlı qızılın 1 qramı isə 281 lari təşkil edir.

Gümüşün qiyməti isə belədir: 999 əyarlı gümüşün 1 qramı 10,77 lari, 800 əyarlı gümüşün 1 qramını isə 8,61 lariyə almaq mümkündür.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →