InterPress.ge xəbər verir ki, hadisə bu gün qeydə alınıb.
Mövcud məlumata görə, qətldə şübhəli bilinən ər hüquq-mühafizə orqanları tərəfindən artıq saxlanılıb. İlkin məlumatlara əsasən, hadisədən əvvəl tərəflər arasında münaqişə yaranıb. Qadının soyuq silahla öldürüldüyü bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 11 prima–109-cu maddəsi ilə istintaq başlanılıb. Sözügedən maddə ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adamöldürməni nəzərdə tutur.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
