—

Mark Rutte: ABŞ-sız Avropanın təhlükəsizliyi mümkün deyil

246
Mark Rutte: ABŞ-sız Avropanın təhlükəsizliyi mümkün deyil
Dinləmək üçün basın

NATO-nun baş katibi Mark Rutte Niderlandın Het Financieele Dagblad nəşrinə müsahibəsində bildirib ki, “kim düşünürsə ki, bir müddət ABŞ-sız da keçinə bilərik – bunu unutsun”. Onun sözlərinə görə, Avropa hələ də…

NATO-nun baş katibi Mark Rutte Niderlandın Het Financieele Dagblad nəşrinə müsahibəsində bildirib ki, “kim düşünürsə ki, bir müddət ABŞ-sız da keçinə bilərik – bunu unutsun”. Onun sözlərinə görə, Avropa hələ də müdafiəyə kifayət qədər vəsait ayırmır.

Rutte Qrenlandiya böhranı, NATOnun və Avropanın təhlükəsizliyi, həmçinin ABŞ-ın rolu kimi mövzulara toxunub.

“Avropa nə vaxtsa ABŞ-sız mövcud ola bilərmi?” sualına cavab verən Rutte deyib: “Məncə, heç vaxt. Tarix bizi birləşdirib. Amerikanın nüvə çətiri təhlükəsizliyimizin son və əsas təminatıdır”.

NATO baş katibi qeyd edib ki, Böyük Britaniya və Fransa nüvə dövlətləridir, lakin miqyas baxımından kiçikdirlər. Onun sözlərinə görə, dünyada ən böyük nüvə gücləri ABŞ və Rusiyadir.

Rutte vurğulayıb ki, “ABŞ olmadan Avropanın özünü müdafiə etməsi üçün ÜDM-in 8–9 faizi həcmində vəsait tələb olunar. Buna görə də belə bir istək ümumiyyətlə olmamalıdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →