—

Hava limanında iri həcmdə psixotrop maddə aşkarlanıb: iki nəfər saxlanılıb

274
Hava limanında iri həcmdə psixotrop maddə aşkarlanıb: iki nəfər saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə…

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, saxlanılanlar 1974-cü il təvəllüdlü Ş.K. və əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü R.M.-dir.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanları Kutaisi Beynəlxalq Hava Limanında aparılan yoxlama zamanı təqsirləndirilən şəxslərin əl yükündən xüsusilə böyük miqdarda “pregabalin” tərkibli psixotrop həblər aşkar edərək maddi sübut kimi götürüblər.

Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →