—

Gürcüstanda müxtəlif ölkələrin vətəndaşları saxlanılıb

439
Gürcüstanda müxtəlif ölkələrin vətəndaşları saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdiyi kompleks tədbirlər nəticəsində Banqladeş, Türkiyə, Özbəkistan, Azərbaycan və Mərakeş vətəndaşları olmaqla…

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdiyi kompleks tədbirlər nəticəsində Banqladeş, Türkiyə, Özbəkistan, Azərbaycan və Mərakeş vətəndaşları olmaqla, ümumilikdə 14 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in məlumatına görə, müəyyən edilib ki, saxlanılan şəxslər “Xarici və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununa əsasən ölkə ərazisində hüquqi əsas olmadan olublar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə edərək illər ərzində Gürcüstanda qanunsuz şəkildə yaşayıblar.

Bildirilib ki, saxlanılan şəxslər ölkəni könüllü tərk etməni nəzərdə tutan deportasiya qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həmin şəxslərin saxlanılması barədə qərar qəbul edilib.

Qərarın icrası məqsədilə hazırda saxlanılan şəxslər mənşə ölkələrinə geri qaytarılmaları üçün Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →