InterPress.ge xəbər verir ki, avtomobil yolu keçməyə çalışan 15 yaşlı qızı vurub.
Mövcud məlumata görə, qəza yeniyetmənin yolu keçmək istədiyi anda qeydə alınıb. Hadisə nəticəsində qızın ayağı sınıb. Yaralıya təcili tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq başlanılıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.
