InterPress.ge xəbər verir ki, Marneuli bazarında yerləşən qızıl mağazasında baş verən atışma nəticəsində ata və oğul yaralı halda xəstəxanaya çatdırılmışdı.
Son məlumata görə, yaralılardan biri – oğul, göstərilən tibbi müdaxilələrə baxmayaraq, Aversi Klinikasında dünyasını dəyişib. Ata isə yaralı vəziyyətdə müalicəsini davam etdirir.
Silahlı insidentin başvermə səbəbləri və şübhəli şəxslə bağlı detallar hələlik açıqlanmır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq davam etdirilir.
