—

Marneulidə iki nəfər saxlanıldı - VİDEO

922
Marneulidə iki nəfər saxlanıldı - VİDEO
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları narkotik cinayətləri və odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə iki nəfəri saxlayıblar…

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları narkotik cinayətləri və odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə iki nəfəri saxlayıblar. Saxlanılan şəxslər 1968-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş C.K. və 1977-ci il təvəllüdlü R.X.-dir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Rəsmi məlumata görə, Marneuli bələdiyyəsi ərazisində təqsirləndirilən şəxslərin yaşayış evləri və köməkçi tikililərində aparılan axtarışlar zamanı ümumilikdə 2,5 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Aparılan istintaq hərəkətləri nəticəsində C.K.-yə məxsus yaşayış evindən, həmçinin qeydiyyatsız ov tüfəngi və odlu silah tapançası da aşkar edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələrinin birinci və üçüncü hissəsinin “a” bəndləri ilə aparılır. Sözügedən maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →