—

Polisə hücumda təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib

257
Polisə hücumda təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib
Dinləmək üçün basın

Telavi Rayon Məhkəməsi prokurorluq tərəfindən təqdim olunan sübutları tam şəkildə qəbul edərək polis əməkdaşına hücum faktı üzrə təqsirləndirilən şəxsi günahkar bilib.

Telavi Rayon Məhkəməsi prokurorluq tərəfindən təqdim olunan sübutları tam şəkildə qəbul edərək polis əməkdaşına hücum faktı üzrə təqsirləndirilən şəxsi günahkar bilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.

Məlumata görə, məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqlənib ki, cari ilin 25 mart tarixində Axmeta bələdiyyəsinin Kutsakhta kəndində təqsirləndirilən şəxs keçmişdə ona inzibati tənbeh tətbiq edildiyinə görə polis əməkdaşına bıçaqla hücum edib.

Hüquq-mühafizə orqanları həmin şəxsi elə həmin gün saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin birinci hissəsi (polis əməkdaşına xidməti fəaliyyəti ilə əlaqədar hücum) üzrə ittiham irəli sürülüb ki, bu da 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Telavi Rayon Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülən ittiham üzrə tam günahkar hesab edərək, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →