—

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri həyata keçirilib

727
Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri həyata keçirilib
Dinləmək üçün basın

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin cəzaçəkmə müəssisələri üzrə nümayəndəsi Hacı Anar Nurməmmədovun müraciəti əsasında idarənin nümayəndə heyəti son üç gün ərzində Qldani, Ksani və Rustavi penitensiar…

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin cəzaçəkmə müəssisələri üzrə nümayəndəsi Hacı Anar Nurməmmədovun müraciəti əsasında idarənin nümayəndə heyəti son üç gün ərzində Qldani, Ksani və Rustavi penitensiar müəssisələrində olub.

InterPress.ge xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, səfərlər zamanı məhkumların dini-mənəvi vəziyyəti ilə maraqlanılıb, onları maraqlandıran dini mövzularla bağlı suallar cavablandırılıb və mənəvi dəstək göstərilib. Eyni zamanda ibadətlərin icrası üçün zəruri əşyalar təqdim edilib, dini ədəbiyyat paylanıb.

Məlumata görə, idarə bu istiqamətdə fəaliyyətini davam etdirməyi, cəzaçəkmə müəssisələrində olan şəxslərin dini maarifləndirilməsi və mənəvi dəstəklə bağlı tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Qeyd olunub ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi penitensiar müəssisələrlə əməkdaşlıq çərçivəsində dini və insani hüquqlarla bağlı məsələlərə diqqət yetirir və bu sahədə əlaqələrin davam etdirilməsini nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →