—

“FaktMonitor”un analitiki: Bir tərəfdə “dərin dövlət”, digər tərəfdə sülhü dəstəkləyən dünya dayanır

234
“FaktMonitor”un analitiki: Bir tərəfdə “dərin dövlət”, digər tərəfdə sülhü dəstəkləyən dünya dayanır
Dinləmək üçün basın

“FaktMonitor”un analitiki Vaxtanq Topuriya ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard və respublikaçı konqresmen Anna Paulina Lunanın açıqlamalarına istinad edərək bildirib ki, onların dedikləri Gürcüstan…

“FaktMonitor”un analitiki Vaxtanq Topuriya ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard və respublikaçı konqresmen Anna Paulina Lunanın açıqlamalarına istinad edərək bildirib ki, onların dedikləri Gürcüstan hökumətinin uzun müddətdir səsləndirdiyi mövqeləri faktiki olaraq təsdiqləyir.

Topuriyanın sözlərinə görə, bir tərəfdə “boz kardinal”, yəni “Deep State” adlandırılan struktur dayanır və bu struktur öz təbliğat media şəbəkələri ilə fəaliyyət göstərir. Digər tərəfdə isə sülhü dəstəkləyən dünya yer alır. Analitik bu kontekstdə NATO və Avropa İttifaqını “Deep State” anlayışı ilə əlaqələndirərək, BBC və Reuters kimi media qurumlarını həmin təbliğat mexanizminin tərkib hissəsi kimi təqdim edib.

Vaxtanq Topuriya qeyd edib ki, Gabbard və Lunanın bəyanatları uzun müddətdir rəsmi Tbilisinin irəli sürdüyü arqumentlərin beynəlxalq müstəvidə səsləndirilməsi baxımından diqqətçəkici məqamdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →