—

Marneulidə zorakılıq törətməkdə axtarışda olan şəxs saxlanıldı - VİDEO

477
Marneulidə zorakılıq törətməkdə axtarışda olan şəxs saxlanıldı - VİDEO
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları zorakılıq və sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə axtarışda olan, 1998-ci il təvəllüdlü…

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları zorakılıq və sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə axtarışda olan, 1998-ci il təvəllüdlü E.A.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, həmin şəxs cari ilin 23 oktyabr tarixindən etibarən axtarışda olub.

İstintaqla müəyyən edilib ki, E.A. bu ilin 14 sentyabr tarixində Marneulidə yerləşən restoranlardan birində birlikdə olduğu şəxsə fiziki zor tətbiq edib, ona sağlamlıq xəsarəti yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə təqsirləndirilən şəxsin kimliyini müəyyən edərək ona qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlayıblar.

Törədilmiş cinayətə görə Marneuli Rayon Məhkəməsi tərəfindən E.A. barəsində qiyabi qaydada azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Saxlanılan şəxs hazırda penitensiar müəssisəyə yerləşdirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →