—

Milli Hərəkat” “Gürcü Arzusu”nun qəbul etdiyi qanunlarla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

394
Milli Hərəkat” “Gürcü Arzusu”nun qəbul etdiyi qanunlarla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
Dinləmək üçün basın

“Birlik – Milli Hərəkat” partiyası “Gürcü Arzusu” tərəfindən qəbul edilən, siyasi partiyaların və konkret şəxslərin siyasi fəaliyyətini qadağan edən qanunlara qarşı Gürcüstanın Konstitusiya Məhkəməsinə iddia ərizəsi…

“Birlik – Milli Hərəkat” partiyası “Gürcü Arzusu” tərəfindən qəbul edilən, siyasi partiyaların və konkret şəxslərin siyasi fəaliyyətini qadağan edən qanunlara qarşı Gürcüstanın Konstitusiya Məhkəməsinə iddia ərizəsi təqdim edib.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda qeyd olunub.

Partiyanın açıqlamasında bildirilir ki, sözügedən qanunlar Gürcüstan Konstitusiyasına ziddir.

“Biz Gürcüstan Konstitusiyasına, eləcə də İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və beynəlxalq standartlara zidd olan, ‘Arzu’nun parlamenti tərəfindən xüsusi olaraq pro-Avropa partiyalarını və ümumilikdə demokratiyanı ləğv etmək məqsədilə qəbul edilmiş antikonstitusion və antidemokratik qanunlardan şikayət edirik”, – deyə partiyanın bəyanatında vurğulanır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →