—

Parlament "Toplantılar və nümayişlər haqqında" qanuna dəyişiklikləri qəbul edib

218
Parlament "Toplantılar və nümayişlər haqqında" qanuna dəyişiklikləri qəbul edib
Dinləmək üçün basın

Gürcüstan parlamenti "Toplantılar və nümayişlər haqqında" Qanuna düzəlişləri sonuncu - üçüncü oxunuşda qəbul edib.

Gürcüstan parlamenti "Toplantılar və nümayişlər haqqında" Qanuna düzəlişləri sonuncu - üçüncü oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, plenar iclasda dəyişikliklərin təşəbbüskarlarından biri, Hüquq məsələləri komitəsinin sədri Arçil Gorduladze onları təqdim edib.

Yeni müddəalara əsasən, toplantı və nümayişlərin təşkilatçıları tədbirlərin keçirilməsi barədə əvvəlcədən Daxili İşlər Nazirliyini məlumatlandırmağa borcludurlar.

Bundan əlavə, əgər toplantı və ya nümayiş ictimai təhlükəsizliyə, hüquq-mühafizə qaydalarına, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinə, nəqliyyatın hərəkətinə, insanların sərbəst hərəkətinə və ya insan hüquq və azadlıqlarına real təhdid yaradırsa, dövlət orqanı iştirakçılara alternativ yer, vaxt və ya yürüş marşrutu ilə bağlı göstəriş vermək hüququna malikdir. Bu göstərişlərə əməl olunmaması aksiyanın iştirakçılarının 15 günədək, təşkilatçılarının isə 20 günədək inzibati həbs olunmasına səbəb olacaq.

Qanunun təkrar pozulması halında isə aksiya iştirakçısı və ya təşkilatçısı bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →