—

Polis Tbilisidə qanunsuz odlu silah və sursat müsadirə edib - bir nəfər saxlanılıb

340
Polis Tbilisidə qanunsuz odlu silah və sursat müsadirə edib - bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları 1975-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş K.O.-nu qanunsuz odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanılması və…

Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları 1975-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş K.O.-nu qanunsuz odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları Tbilisidə saxlanılan şəxsin idarəsində olan avtomobildən, eləcə də onun yaşayış mənzilinə keçirilmiş axtarış zamanı bir neçə odlu silah, döyüş patronları və daraqları maddi sübut kimi götürüblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →