—

39 ölkənin bəyanatı: Gürcüstanda gücün həddindən artıq tətbiqi üzrə istintaqsızlıq cəzasızlıq mühitini yaradır

452
39 ölkənin bəyanatı: Gürcüstanda gücün həddindən artıq tətbiqi üzrə istintaqsızlıq cəzasızlıq mühitini yaradır
Dinləmək üçün basın

ATƏT-in (OSCE) 39 üzv ölkəsi Gürcüstanda baş verən hadisələrlə bağlı birgə bəyanat yayıb.

ATƏT-in (OSCE) 39 üzv ölkəsi Gürcüstanda baş verən hadisələrlə bağlı birgə bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, sənəddə bildirilir ki, ölkədə etiraz aksiyalarında gücün həddindən artıq tətbiqi ilə bağlı yayılan məlumatlar üzrə istintaqın aparılmaması narahatlıq doğurur və cəzasızlığın təhlükəli atmosferini formalaşdırır.

Bəyanatda vurğulanır ki, bu vəziyyət fərqli fikrin ifadəsi üçün ictimai məkanın daraldığını göstərir.

Həmçinin qeyd olunur ki, vətəndaş cəmiyyəti və medianın müstəqilliyini məhdudlaşdıran son qanunvericilik dəyişiklikləri müxtəlif fikirlərin boğulması riskini artırır.

Birgə bəyanata aşağıdakı 39 ölkə qoşulub: Albaniya, Andorra, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya və Danimarka.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →